Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Akkord”un qaz yalanı ifşa oldu – “Abşeron” Gənclər Şəhərciyinin sakinləri necə aldadılır?

“Akkord”un qaz yalanı ifşa oldu – “Abşeron” Gənclər Şəhərciyinin sakinləri necə aldadılır?

“Akkord” şirkətinin inşa etdiyi “Abşeron” Gənclər Şəhərciyinin qaz problemi hələ də öz həllini tapmayıb. Qeyd edək ki, Bakı-Sumqayıt magistral yolunda yerləşən şəhərcik 5 ildir istifadəyə verilsə də, hələ də sakinlər qazla təmin olunmayıb. Şəhərcikdə yaşayanlar bildirlər ki, podratçı şirkət olan “Akkord” rəsmiləri hər il onları qaz vercəkləri vədi ilə aldadır, ancaq ortada konkret nəticə yoxdur. Aparılan araşdırmalardan sonra məlum olub ki, şəhərciyin qazla təminatı “Akkord”la “Azəriqaz” arasında yaranmış pul mübahisəsinə görə gecikir. Məslənin qısa izahı bundan ibarətdir ki, “Akkord” “Azəriqaz”a olan borcunu tam ödəmək istəmir və bunun da nəticəsində sakinlər zülm çəkməli olur.
Azinforum.az xəbər verir ki, təxminən bir ay əvvəl şəhərciyin sakinləri qazla bağlı problemə etiraz əlaməti olaraq aksiya gecirdilər, həmin vaxt hətta magistral yolun bağlanmasına da cəhd edildi. Hadisə yerinə gələn “Akkord” rəsmiləri qışa kimi şəhərciyin qaz probleminin tam həllini tapacağına söz versələr də, ortada heç bir nəticə yoxdur. Sakinlərin verdiyi məlumata görə, etiraz aksiyasından sonra bir-iki binaya qaz verilsə də, proses davamlı olmayıb:

“Hansısa podratçı şirkət bir-bir mənzilləri gəzib xəttlərin təhlükəsizliyini yoxladığını deyir. Başa düşürük ki, bu lazımdır. Ancaq maraqlıdır ki, tam yoxlanan binalara belə qaz buraxmırlar. Səbəbini belə izah edirlər ki, yalnız şəhərciyin bütün binaları yoxlandıqdan sonra qaz veriləcək. Bu, insanları aldatmaqdır. Bir binanın yoxlanması bəzən 5 gün çəkir. Belə çıxır ki, qış qurtarana kimi şəhərciyin binalarında yoxlanma gedəcək? Belə mexanizmi məqsədli şəkildə işə salıblar ki, sakinlər bu ili də qazsız qalsın. Biz “Akkord” rəhbərliyindən tələb edirik ki, heç olmasa yoxlanan binalara qaz verilişi təmin olunmasına göstəriş versinlər”.
Məhz qazın verilməməsi səbəbindən bu günlərdə “Abşeron” gənclər şəhərciyində gecə saatlarında binaların birində yanğın baş verib.

19-cu blokun elektrik lövhələri enerji yüklənməsindən alışıb. Bu isə əvvəl blokda yaşayan sakinlər, sonra isə ətrafdakı blokların sakinləri araslnda panikaya səbəb olub.

Hadisə yerinə FHN Yanğınsöndürmə briqadası cəlb olunub. Təcili yardım maşınları və və polis qüvvələri əraziyə cəlb edilib. Təşvişə düşüb bloka çıxanlar və evlərində çarəsiz qalan sakinlər xilasedicilər tərəfindən dərhal evakuasiya olunub. Blokun və ətrafdakı binaların enerji təchizatı dayandırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayasa da tüstüdən zəhərlənmə ehtimalı olanlara təcili tibbi yardım maşınlarında müdaxilə edilib.
“Akkord” şirkətilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da münasibətini dərc etməyə hazırıq.

Çinarə SEYİDOVA
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın