Cümə , Dekabr 8 2023
Ana səhifə / Cəmiyyət / Akif Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Akif Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında  qəbul edib.
Qeyd olunub ki, “RANT GROUP” MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “RANT GROUP” MMC-ni ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.

Həmçinin oxuyun

“Leyli və Məcnun” operasında narazılıq – FOTO

Ötən gün növbəti dəfə nümayiş etdirilən “Leyli və Məcnun” operası tamaşaçıların narazılığına səbəb olub.  Azərbaycan …