Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Akif Çovdarovun oğlu da Tağı Əhmədovun mülklərindən danışdı: “Siz fikirləşirdiz ki, hər şeyi boynuna alacaq?”

Akif Çovdarovun oğlu da Tağı Əhmədovun mülklərindən danışdı: “Siz fikirləşirdiz ki, hər şeyi boynuna alacaq?”

Hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun Bakı Metropoliteninin eks rəhbəri Tağı Əhmədovun mülkləri barədə verdiyi açıqlama və siyahı gündəmin əsas mövzularındandır.

A.Çovdarovun oğlu Ruslan Çovdarov musavat.com-a açıqlamasında atasının bu sensasion çıxışı barədə sualları cavablandırdı. Dedi ki, atasını heç kim belə bir çıxış etməyə vadar etməyib: “Nə vadar eləyəsidi ki? Həqiqətləri danışmaq üçün kiminsə, nəyinsə onu vadar etməyinə ehtiyac yoxdur”.

R.Çovdarov həmçinin dedi ki, atasının bu siyahını açıqlaması tamamən məntiqli addımdır: “Gəlib iftira atan birisi bilməlidi ki, onu barəsində həqiqətlər ortaya çıxa bilər, məncə. İkincisi də bu adamlar uzun müddət xüsusi xidmət orqanlarında çalışıblar. Tağı müəllim bir qırağa,hamı haqqında məlumatları ola bilər. Məncə bu, normal bir şeydir. Çünki işləri bu olub”.

R.Çovdarov eyni zamanda T.Əhmədov və onun həyat yoldaşının bu siyahını inkar etməsinə də münasibət bildirdi: “Yox, deyəcəkdi ki, doğrudur? O sualı ona verən jurnalist nə düşünürdü? Mənə maraqlıdır”.

Müsahibimiz sonda atasının məlum çıxışından sonra hər hansı təhdid almadığını,narahatçılıq keçirmədiyini vurğuladı.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın