Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / AKİF ÇOVDAROVLA BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ – GÜRCÜSTANDAN

AKİF ÇOVDAROVLA BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ – GÜRCÜSTANDAN

Həmyerliləri onun nadir fotosunu təqdim etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla bağlı prezident İlham Əliyevə müraciət olunub. Gürcüstanda yaşayan bir qrup azərbaycanlı  əsilli ziyalılar ölkə başçısına ünvanladıqları müraciətin bir nüsxəsini də sosial şəbəkələrdə yayıblar. Azinforum.az müraciətə imzası olan, Gürcüstanda fəaliyyət göstərən “Qeyrət ” hərəkatının rəhbəri Əlibala Əskərovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında həqiqətən belə bir müraciətin olduğunu təsdiqləyib. Qeyd edək ki, müraciəti yayanlar Akif Covdarovun indiyə qədər mətbuatda olmayan  nadir fotosunu da paylaşıblar. Azinforum.az həmin müraciəti təqdim edir:

” Gürcüstanda yaşayan azərbaycanlıara başqa dövlətin vətəndaşı olsaq da, daim Sizi Ulu öndərin davamçısı olmaqla özümüzə lider hesab edirik.Sizin gördüyünüz işləri həmişə diqqətimizdə saxlayırıq və uğurlarınıza həddən ziyadə sevinirik.Həmçinin, biz baş verən bəzi hadisələri də ürək ağrısı ilə izləyirik.Belə ki, məlum olduğu kimi əslən bizim həmyerlimiz olan – ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov 2015-ci ilin noyabr ayından həbs olunmuş və ona qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Akif Çovdarov haqqında bu gün yazılan yalanları əsəbləşmədən oxumaq mümkün deyildir. Mətbuatda onun atasının qəssab olduğunu yazanlar əgər gəlib burada bizlərdən soruşsaydılar ki, Akif Çovdarovun atası Teymuxan müəllim kim olub. Biz onlara həmin insanın ali təhsilli müəllim olduğunu və müəllimlik rütbəsindən məktəb direktoru və sovxoz direktoru kimi məsul vəzifələrdə çalışdığını anladardıq.

Akif Çovdarov vəzifədə olarkən Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir ümid və inam yeri olub. Onlarca problemlərimiz məhz onun müdaxiləsindən sonra həllini tapmışdır. Təbii ki, o heç vaxt bunu unutmamışdır və gördüyü butun xeyirxah işləri məhz Sizin ona verdiyiniz dəstək əsasında edib və bunu da daim bizlərə də bildirib.

O hər zaman bizdən Sizin ətrafınızda sıx birləşməyi tələb edib və bu istəyində tam haqlı olub.

Möhtərəm Prezident,

Gürcüstanda yaşayan azərbaycanlıların bu günədək heç bir münasibət bildirməməsi səbəbi, nə Akif Çovdarova qarşı laqeyidliyimizdən, nə də onun ona qarşı irəli sürülən ittihamlara inandığımızdan deyildir. Sadəcə biz ölkənin başında Sizin kimi insanın dayandığını bildiyimiz üçün və Sizin heç bir haqsızlığa imkan verməyəcəyinizi bildiyimiz üçün sadəcə baş verənləri izləməklə kifayətlənmişik. Lakin, artıq gedən proseslər onu göstərir ki, bəzi qüvvələr Akif Çovdarovu məhbus divarlarında guya xəstəlikdən əziyyət çəkərək ölməsi kimi bəhanələrlə həyatına son qoymağa çalışırlar.

Möhtərəm Prezident!

Biz Gürcüstan azərbaycanlıları sizdən artıq dərəcədə xahiş edirik ki, Akif Çovdarovun səhhətində olan təhlükəli xəstəliklərə görə istintaqın gedişini öz nəzarətinizə götürəsiniz”.

Qeyd edək ki, A. Çovdarov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1-ci (məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, A.Çovdarov vəzifəsindən azad edilən  eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun barəssində çoxlu sayda iş adamı hüquq mühafizə orqanlarına şikayət edib.

 

m1

 

m2 m3

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın