Ana səhifə / Cəmiyyət / Akademiyadan intihar edən tələbə ilə bağlı – Açıqlama

Akademiyadan intihar edən tələbə ilə bağlı – Açıqlama

İntihar edən Seymur Əsgərov nümunəvi tələbə idi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissilə qarşıladıq.

Sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Report-a açıqlamasında deyib.

O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub:

“Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir”.

Qeyd edək ki, hadisə dünən Qəbələ rayonunda baş verib. Zərgərli kəndində yerli sakin, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Həmçinin oxuyun

Dövlət Flora xanımı bağrına basdı: Bəs Nuru Paşa?..

Bir müddət öncə Şuşada keçirilən “Xarı Bülbül” festivalını televiziya ekranından canlı yayımda izlərkən tamaşaçılar arasında …