Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / “Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb, kimdir günahkar?” – Ramiz Mehdiyev

“Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb, kimdir günahkar?” – Ramiz Mehdiyev

“Ciddi nöqsanların sayı həddən artıq çoxdur. Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər”.

Bunu AMEA prezidenti Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin növbəti iclasında deyib.

“Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib, institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm” – o bildirib.

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …