Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / AKADEMİK CƏLAL ƏLİYEV GƏCƏ SAAT 03 RADƏLƏRİNDƏ DÜNYASINI DƏYİŞİB

AKADEMİK CƏLAL ƏLİYEV GƏCƏ SAAT 03 RADƏLƏRİNDƏ DÜNYASINI DƏYİŞİB

Akademik Cəlal Əliyev yanvarın 31-dən fevralın 1-nə keçən saat 03 radələrində dünyasını dəyişib. Bu barədə məlumatı Azinforum.az çox etibarlı mənbələrdən əldə edib. Xatırladaq ki, dünən bəzi KİV-lər tərəfindən Cəlal Əliyevin dünyasını dəyişdiyi barədə xəbər yayılsa da,  məlumat həqiqəti əks etdirmirdi. Həmin vaxt halı pisləşən akademiki  həkimlər həyata qaytarmağa müvəfəq olmuşdular. Cəlal Əliyevin bu gün dəfn ediləcəyi gözlənilir. Allah rəhmət eləsin!

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.
 
Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.
 
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.
 
1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.
 
Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
 
O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.
 
“İstiqlal” ordeni ilə təltif edilib.
 
18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın