Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / “Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar” – SOSİOLOQ..

“Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar” – SOSİOLOQ..

“Hər bir davranışın arxasında üç mühüm amil dayanır: mühit, informasiya və üstünlük verilən dəyərlər”

Bu gün gənclər arasında ailə qurmaq ciddi problemə çevrilib. İnsanlarımız 30 yaşa qədər ailə qurmaq istəmirlər. Araşdırmalar nəticəsində insanların 70 faizi buna səbəb kimi maddi imkanlarını əsas gətirirlər.
Sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında evlilik yaşının artmasının müxtəlif səbəblərinin olduğunu bildirdi:
“İndi cəmiyyətdə baş verən faktora yalnız bir tərəfdən baxmaq düzgün deyil. Buna səbəb təbii ki, iqtisadi tərəfdi, insanların bir çoxlarında ailə qurmaq üçün maddi imkanlar və mənzil şəraiti onların ailə qurmasına imkan vermir. Digər tərəfdən, mənəvi amillərdə buna öz təsirini göstərir, yəni 30 il, 50 il bundan qabaq böyüyən gənc bilirdi ki, onun evlilik yaşı çatıbsa, bu bir vəzifədir, evlənmək lazımdır. Burda ictimai qınağı da nəzərə alırdılar. İndi cəmiyyətdə artıq o münasibətlər dəyişib. Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar. Çünki bəziləri ilə söhbət etmişəm və deyiblər ki, “Filankəs evləndi və bir neçə ay sonra boşandı. İndi ailə qurmaq çətindi”. İndi evlənmək üçün özünə seçəcəyin adamı tapmaq da çətinləşib. Qabaqlar ümumi bir standart həyat şəraiti var idi, oğlanlar və qızlar elə bir səviyyədə böyüyürdü ki, hər biri ailə məsələlərini çox yaxşı bilirdi. Sovet dövründə evlənmək mənəvi tərəflərə daha çox əsaslanırdı. İndi isə evlilik daha çox mənəvi dəyərlərin təsiri altında yox, nəyinsə hesablanmalarına görə baş verir. Bir müddət sonra mənəvi faktorular işə düşür və həmin ailələrdə gərginlik yaranır. Bizdə ailə haqqında təsəvvürlər aydınlaşdırılmalıdır. Ailə quran gənclərə köməkliklər olmalıdır. Ailə qurmaq məsələsində iqtisadi, mənəvi və dünya görüşü faktorları rol oynayır. Hər bir davranışın arxasında üç mühüm amil dayanır: mühit, informasiya və üstünlük verilən dəyərlər. Amma bəzən elə olur ki, hər bir şəraiti olan gənc ailə qurmağa ehtiyyat edir”.
Xatırladaq ki, Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23,4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildı kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qyed alınıb. Həmin ilin göstəricilərinə görə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artma qeyd alınır. Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatdan ar-arda üçün ilin şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınan nikahların sayı isə belədir: 2014-cüq ildə nikahların sayı 84 min 912 olubsa, 2015-ci ildə bu rəqəm 68 min 773, 2016-cı ildə isə 667 min 71-ə enib.

Həmçinin oxuyun

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. …