Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Cəmiyyət / Ağstafada 5 yaşlı uşaq sosial şəbəkələrin ulduzuna çevrilib (VİDEO)

Ağstafada 5 yaşlı uşaq sosial şəbəkələrin ulduzuna çevrilib (VİDEO)

Ağstafada 5 yaşlı uşaq şirin ləhcəsi, məzəli və gülməli danışığı ilə sosial şəbəkələrin ulduzuna çevrilib.
Söhbət Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yaşayan 5 yaşlı Müseyib Nəsiblidən gedir. Son zamanlar sosial şəbəkə və müxtəlif video portallarda ən çox izlənmə rekordu qıran videolardan biri də 5 yaşlı Müseybin videolarıdır.
Onun şirin ləhcəsi və danışığını görənlər balacanı çəkib, sosial şəbəkəyə yerləşdirirlər.
Müseyib çəkiliş qrupumuzla zarafat etməyi də unutmayıb.
Sosial şəbəkələrdə məşhurlaşan azyaşlını görənlər onunla şəkil və müxtəlif videolar da çəkirlər. Həmçinin kənddə toy məclislərində ona xüsusi yer ayrılır. Bundan əlavə, onun ailəsinə müxtəlif film, vayn və gülməli səhnələrdə çəkiliş üçün təkliflər də gəlib.
Müseyibin ailə üzvləri ondakı bu bacarığı incəsənət sahəsində davam etdirmək istəyir. Balaca məşhuru gələcəyin tanınan aktyoru kimi görmək ailənin ən böyük arzularından biridir.

Həmçinin oxuyun

“Sürücü və katibə də başqa vətəndaş kimi ev alıb” – Anar

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.Bununla …