Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Cəmiyyət / Afaq Bəşirqızı danışdı: “Dediyim sözün üstündəyəm” – Video

Afaq Bəşirqızı danışdı: “Dediyim sözün üstündəyəm” – Video

Xalq artisti Afaq Bəşirqızı Əməkdar artist Novruz Qartalla bağlı dediyi qalmaqallı sözlərə aydınlıq gətirib.

Aktyorun ünvanına “Novruz Qartal xəstə adamdır da, Milli Qəhrəman etmişiniz” sözlərini söyləyən Bəşirqızı fikrinin yanlış qələmə verildiyini bildirib. “Elgizlə izlə” proqramına zəng edən aktrisa bunları söyləyib:

“Mən karvanbaşıyam… Mənim karvanım gedir, hər səsə dönə, karvanımı azdıra bilmərəm. Söhbət elə olmayıb. Etdiyimi dilə gətirən deyiləm, sevmirəm. Bunu özümə təhqir sayıram. Novruz Qartalın vəziyyətini efirdə səsləndirib, bəyan etməyi mən dedim.

Mən insanlar məni günahsız bilsin deyə, danışan deyiləm. Dediyim sözün üstündəyəm. Belə demişəm ki, Novruz Qartalın bu xəstə halda şəklini verə-verə nə fikirləşirsiz? Novruz Qartalı etmisiz Milli Qəhrəman, ondansa ona kömək edin. Bu müsahibəni vermək istəmirəm. Novruz Qartala kim nə edirsə, onu tanrı bilir. Hər şeyi vaxtında fikirləşib etmək lazımdır. Xəstəliklə ölüm xəbərdarlıq etmir ki, gəlirəm”.

Xatırladaq ki, bir neçə gün öncə saytımıza açıqlama verən A.Bəşirqızı “Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” demişdi. 

Həmçinin oxuyun

Ağdamda məni gözləyən yox idi…

Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz …