Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Afaq Bəşirqızı əsəbiləşdi: Ona dedim ki, qeyrətin, vicdanın olsun – VİDEO

Afaq Bəşirqızı əsəbiləşdi: Ona dedim ki, qeyrətin, vicdanın olsun – VİDEO

Mənə çox sayda zənglər oldu. Dedilər ki, Afaq xanım biz sizinləyik, hara gələk, neyniyək? 

Onların bəziləri isə mənim mübarizə apardığım o insanla (red: xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət) çox gözəl münasibətdədir. Mən onu söydüm. Açıq deyirəm sizə. Ona söylədim ki, qeyrətin, vicdanın olsun.

Bu sözləri xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında dilə gətirib.

“Bütün incəsənət nümayəndələrinin, aktyorların uğruna savaşıram. Aktyorların heç birindən incimirəm. Çünki mən özümə dəstək yığmamışdım. Mənimlə həmrəy olun deməmişdim. Onları ikinci, üçüncü “Ura!” qışqıran kimi istifadə etməmişəm.

Mənə o lazım da deyildi. Mübarizə apardığım adam da yad adam deyil. Hörmətsizlik aramızda yox idi. İndi də yoxdur. Amma o riyakər adamlar var. Özünüzə yığılın.

Bu münasibətdən sui-istifadə edə bilməzsiniz. Bunu yadınızda saxlayın! Siz hələ yetişməmisiz və yetişməyəcəksiz də. Çünki insan həyatda özünü dərk edə bilməsə, onu başqaları təhlil etsə, sizdən adam olmaz”, – deyə Xalq artisti bildirib.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …