Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / ADNA-da törədilən terrordan 11 il ötür

ADNA-da törədilən terrordan 11 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 11 il ötür.

Belə ki, 2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib.

Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən “Makarov” tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Həmçinin oxuyun

Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı “qırmızı zona” siyahısından çıxarıb. Bu barədə Ukraynanın Səhiyyə …