Bazar , Avqust 14 2022
Ana səhifə / Cəmiyyət / Adları divara yazılan tələbələrdən ETİRAZ – “Mədəniyyət universitetində mədəniyyətsizlikdir”

Adları divara yazılan tələbələrdən ETİRAZ – “Mədəniyyət universitetində mədəniyyətsizlikdir”

Dünən sosial şəbəkələrdə universitetdə təhsil haqqı ödəməyən tələbələrin adlarının divara vurulması ilə bağlı fotolar paylaşılıb. Paylaşılan fotolar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) təhsil haqqını ödəməyən tələbələrin adlarının divara vurulmasını təkzib edib.

Universitetin açıqlamasında qeyd olunub ki, bu, semestr imtahanlarından əvvəl sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahıdır.

AZINFORUM.AZ xəbər verir ki, modern.az saytının əməkdaşı universitetin bu addımı ilə bağlı orada təhsil alan tələbələrin münasibəti öyrənib.

Universitetin tələbəsi Nərmin Əhmədova bildirib ki, “mədəniyyət” adı daşıyan universitetin mədəniyyəti yoxdur:

“Təhsil aldığım universitet belədi. Bizim qrupda hamısı qız idi. Bir dəfə dərsdən qaçdıq, adımızı yazıb dekanlıq biyabir etmişdi. Ona görə nə desəniz, bizim universitetdən gözləmək olar. Adından da göründüyü kimi “mədəniyyət” olub, mədəniyyət verməyən yerdi”.

ADMİU-nun keçmiş tələbəsi Şahmar Məmmədov qeyd edib ki, bu hərəkət mədəniyyət ocağında mədəniyyətsizlikdir:

“Mən də o universitetin məzunu kimi təssüf edirəm. Bu özü elə mədəniyyətsizlikdir. Universitetin rektoru Ceyran xanıma böyük hörmətim var, amma niyə belə bir addımın qarşını almadığı maraqlıdır.

İkincisi, təhsil haqları əhəmiyyətli dərəcədə artıb. Üçüncüsü isə vallah bu qiymətlərə mən şəxsən xaricdə daha da yüksək keyfiyyətli təhsil alardım. Dördüncüsü, əsas məsələ ondadır ki, bir belə pul ödə, sonra da minimum əmək haqqı, ya da ondan bir az yüksək 350-400 manat əmək haqqı al. Gülməli haldır”.

Tələbə Səkinə Mahmudovanın sözlərinə görə, kimlərisə alçaltmaq universitet rəsmilərinə zövq verir:

“Bəli həmin universitetdə işləyən bəzi insanlar o ağıldadı. Biz oxuyan vaxtda qrupda dərsdən qaçdığımıza görə adlarımızı yazıb divardan asmışdılar, töhmət verilmişdi. Nədənsə insanların səhvini, yaxud kasıblığını başqalarına nümayiş etdirmək onlara zövq verir”.

Həmçinin oxuyun

“Deputatlardan biri dedi ki, utandığımızdan evə gedib uşaqlarımızın üzünə baxa bilmirik”

“1992-ci ildə 15 yaşım vardı. Milli Məclisin bütün iclaslarını izləyirdim. Mayda Mütəllibov çevriliş edərək təkrar …