Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Adil Vəliyev “SAĞ ƏLİ”Nİ azadlığa çıxardı – 280 min rüşvətlə tutulmuşdu…

Adil Vəliyev “SAĞ ƏLİ”Nİ azadlığa çıxardı – 280 min rüşvətlə tutulmuşdu…

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ötən il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvətlə həbs edilən Həbib adlı işçisi azadlığa çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Adil Vəliyev şəxsi münasibətlərindən istifadə edərək məhkəmənin qərarı ilə Həbibi azadlığa çıxarda bilib.
Onu da bildirək ki, Həbib həbs olunandan sonra, hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları yoxlama zamanı onun icra hakimiyyətindəki otağında olan seyfdən 280 min manat vəsait maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi tanınıb.

Həmçinin oxuyun

Yaqub Mahmudov müşavir təyin edilib

Akademik Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib. Bu …