Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Adil Qeybulladan çağırış: “Əsgərlərlə qohumlarının təması yasaqlanmalıdır”

Adil Qeybulladan çağırış: “Əsgərlərlə qohumlarının təması yasaqlanmalıdır”

Dünyanın əksər ölkələri koronavirus təhlükəsini önləmək üçün müxtəlif tədbirlər görməkdədirlər. Hətta işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus təhlükəsinə görə ordu ilə bağlı qərar verib. Qərara görə, bir müddət əsgərlərə valideynləri və qohumları ilə görüş qadağan edilib.

Fevralın 28-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Qeyd olunanlar Azərbaycanda hərbi hissələrə mülki şəxslərin daxil olması-əsgərlərlə yaxınlarının görüşməsi məsələsini gündəmə gətirir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan da silahlı qüvvələrlə bağlı çox ciddi karantin tədbirlərini vaxtında etməlidir. Bu tipli tədbirlərdən ən vacibi hərbi hissələrlə, əsgərlərlə mülki şəxslərin təmasını bir müddət yasaqlamaq olmalıdır: “Əslində karantin tədbirlərindən biri kimi bu qərarın qəbul olunması çox vacibdir. Hərbi hissələrin mülki şəxslərin gediş-gəlişinə qapanması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də var. Əsgərlərimizin sağlamlığı ən strateji əhəmiyyət kəsb edən amillərdəndir. Ona görə hərbi hissələrə mülki şəxslərin səfərləri məhdudlaşdırılmalıdır. Hərbçilərin sağlamlığı daha önəmlidir, onlar həmişə döyüş əmrinə hazır durumda olmalıdırlar. Valideynlər yəqin ki, övladlarının sağlamlığı üçün məhdudlaşdırmanı anlayışla qarşılayarlar”.

Hərbi ekspert Ramil Məmmədli də koronavirus təhlükəsinin aradan qalxmasına qədər hərbi hissələrə mülki vətəndaşların buraxılmasının məhdudlaşdırılmasının lazım olduğunu bildirdi.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …