Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Adil Əliyevdən məmurlara sərt sözlər: “Bu qəddarlıq, nadanlıq, xırdaçılıqdır”

Adil Əliyevdən məmurlara sərt sözlər: “Bu qəddarlıq, nadanlıq, xırdaçılıqdır”

Dostlar, bizim bəzi keçmişini unudan vəzifəlilərin idarəetmədə bir neçə rusvayçı üsulu bir vətəndaş kimi məni də narahat edir.

Azinforum.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, birincisi, əvvəlcədən xəbərdarlıq etmədən işçini işdən qovmaq – qəddarlıqdır.

“İkincisi, işçi ilə prinsip aparmaq – nadanlıq, üçüncüsü, işçinin əməkhaqqısını ödəyəndə xəsislik etmək – xırdaçılıqdır.

Dostlar, iş yerlərində ayıq-sayıq olun ki, bu kimi haqsızlıqlarla rastlaşmayasınız. Çünki, ixtisarlar gedən bir vaxtda, iş tapmaq çətindir.

Allah özu millətimizin köməyi olsun”- deyə, o, daha sonra qeyd edib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın