Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Adil Əliyev xanım həmkarını müdafiə etdi

Adil Əliyev xanım həmkarını müdafiə etdi

Milli Məclisin deputatı Adil Əliyev xanım həmkarlarından birinin  müdafiəsinə qalxıb, onun facebookda təhqir olunmasına qarşı çıxıb.

Azinforum.az  xəbər verir ki, facebook-da yeni yaranan “Deputat 2015” səhifəsində hazırkı deputatlar barədə bir neçə gündür müzakirələr gedir və həmin müzakirələrin biri də  xanım deputatlardan birilə bağlı olub ki, orada da bəzi şərhçilər-istifadəçilər tərəfindən təhqiramiz ifadələr yer alıb.
Bu isə  A. Əliyev tərəfindən kəskin etirazla qarşılnıb və sözügedən şəxs öz facebook səhifəsində bununla bağlı status paylaşıb.
O, statusunda qeyd edib ki, əvvəla, həmin səhifənin nə dərəcədə ciddi və kimlər tərəfindən yaranması ona çox maraqlıdır.
“Əgər bilən varsa, çox xahiş edirəm, mənə məlumat verəsiniz. Çünki səhifədə məlumat yoxdur. Mən şəxsən səhifənin yaranmasının əleyhinə deyiləm. Məni narahat eləyən məqam burada xanım həmkarımızın barəsində xoşa gəlməyən kommentlərin yer almasıdır. O xanım kiminsə qızı, bacısı, həyat yoldaşı və anasıdır.
Xahiş edirəm, kimsə öz qızına, bacısına, həyat yoldaşına, anasına rəva bilmədiyi sözləri tanımadığı qadın, xanım barəsində yazmasın. Səhifəni yaradanlardan xahish edirəm, təhqirlərə yol verənlərə imkan verməsinlər. Seçki kampaniyasında kimlərin iştirak etməsi, bəlli olmadığı halda, hələlik Millət Vəkili olan insanlara qarayaxma, şər və böhtanlara start verilməsi yolverilməzdir”-deyə, A. Əliyev daha sonra qeyd edib.

Redaksiyadan: Qeyd edək ki, Adil Əliyevin hansı xanım deputatın müdafiəsinə qalxması və sözügedən səhifədə kimin daha çox təhqir edilməsi bizə məlumdur. Biz, bu məqalədə, Adil Əliyevin müdafiəsinə qalxdığı deputatın adını da qeyd etmişdik. Həmin xanım millət vəkilinin təkidli xahişlərindən sonra, onun adını məqalədən çıxardıq. İstənilən halda, kiminsə, xüsusilə də, hansısa bir xanımın sosial şəbəkələrdə pis formada təhqir edilməsi yolverilməzdir.

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın