Ana səhifə / Cəmiyyət / Adil Əliyev icra başçısı Tahir Kərimovun müdafiəsinə qalxdı

Adil Əliyev icra başçısı Tahir Kərimovun müdafiəsinə qalxdı

Araşdırmalarımdan sonra belə qənaətə gəldim ki, əgər mən və yaxud, sizlərdən biriniz rayonun icra başçısı olsaydıq və bizə rayon gənclərinin belə bir təklifi gəlsəydi, yəqin ki bizdə o gənclərin təklifini qəbul edib, gül çələnginin altından keçməyə razılıq verərdik.

Azinforum.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev öz “facebook” səhifəsində Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun media və sosial şəbəkələrdə yayılan görüntüləri ətrafında yaranan qalmaqala münasibətini bildirəkən qeyd edib.

“Bu da o olardı ki, rayon gənclərinin gül bayramı ilə bağli verdiyi təklifin qəbulu.

Əgər salyanlı gənclər gül bayramını özünə məxsus keçirirsə, qoy kecirsin. Əksinə, burada sevinmək lazımdır ki, rayon icra başçısı gənclərlə bir yerdədir, burada nə böyük bir faciə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə aparılır.

Təbii, bu mənim öz fikrimdir.

Hesab edirəm ki, müzakirəyə çıxarılasi və məsxərəyə qoyulası o qədər icra başcısı var ki…” – deyə, o daha sonra qeyd edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın