Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ADİL ƏLİYEVƏ QARŞI ASLAN İSMAYILOV! – 20 saylı dairədə “qırğın olacaq”!

ADİL ƏLİYEVƏ QARŞI ASLAN İSMAYILOV! – 20 saylı dairədə “qırğın olacaq”!

“Viza” hüquq firmasının böyük hüquq məsləhətçisi, hüquqşünas Aslan İsmayılov deputatlığa namizədliyini irəli sürüb. “Report” xəbər verir ki, A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılıb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.

20 saylı Nərimanov ikinci seçki dairəsində 8 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir.

Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəddir.

AzPolitika.info xatırladır ki, Aslan İsmayılov bu dairədən 2005-ci ildə də namizəd olub və çox uğurlu seçki kampaniyası aparıb. Baxmayaraq ki, həmin vaxt bu dairədən hakimiyyətin dəstəklədiyi namizəd Adil Əliyevlə yanaşı, Müsavat partiyasının başqanı İsa Qəmbər də namizəd idi. Belə gərgin mübarizə şəraitində keçən seçkilərdə gülən tərəf Adil Əliyev olmuşdu. Ən maraqlısı isə o idi ki, Aslan İsmayılov səsvermənin nəticələrinin saxtalaşdırılmadığını, Adil Əliyevin həqiqətən səs üstünlüyü qazandığını etiraf etmişdi. Lakin təbii ki, o, səsvermə gününədək ədalətli yarış prinsiplərinin Adil Əliyevin xeyrinə pozulduğunu iddia etmişdi.

Belə görünür ki, 20 saylı dairədə tarix yenidən təkrarlanacaq. BU DƏFƏ KİM QALİB GƏLƏCƏK? İri məmurlar, qüdrətli dairələrlə CƏNGAVƏR KİMİ DÖYÜŞƏN Aslan İsmayılov, yoxsa təmsil etdiyi dairədə böyük nüfuz sahibi olan Adil Əliyev?

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın