Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / “Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur” – Şeyx

“Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur” – Şeyx

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 10-na təsadüf edir.
Bu barədə Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında dərc olunan təbrik mətnində bildirilir.
“Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilmişdir”, – məlumatda qeyd olunur.

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …