Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / “Açıq-saçıq geyimli qadınlar kişilərin proqramını dəyişir…” – Söhrab Tahir

“Açıq-saçıq geyimli qadınlar kişilərin proqramını dəyişir…” – Söhrab Tahir

Təsəvvür edin ki, bir zəkalı gənc oğlan səhər-səhər Qarabağın azadlığı üçün nəsə etmək eşqi ilə mənzilindən çıxır və küçədə qarşısına addımbaşı yarıçılpaq geyinmiş qız və qadınlar çıxır…

Bu günlərdə şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin Moderator.az saytındakı “Qadının ecazkarlığını, gözəlliyini qorumaq üçün hicab bir vasitədir…” başlıqlı müsahibəsini oxuyandan sonra yadıma tələbə həyatından bir epizod düşdü. Səhv etmirəmsə, 1986-cı il idi, ali məktəbin 1-ci kursunda oxuyurdum. Bir gün institutun akt zalında rəhmətlik güneyli şairimiz Söhrab Tahirlə maraqlı bir görüş keçirildi. Görüşdə şairə çoxsaylı suallar verildi. Yadımdadır ki, yuxarı kurs tələbələrindən biri ustad söz ustasına belə bir sual verdi: ”Söhrab müəllim, siz İranda doğulmusuz, yaşamısız, hazırda da əlaqəniz var, sizcə, nəyə görə oradakı qadınlar çadra geyinir, hicab bağlayır, bunun mənası nədir?” Şair suala dini və ictimai baxımdam ətraflı izahat verdi.

Mənalı və şirin yumorlu söhbətləri ilə seçilən Söhrab Tahirin cavabındakı bir cümlə o vaxtdan beynimə həkk olunub: “Oğul, açıq-saçıq geyinən qadınlar kişilərin proqramını dəyişir…”

O dövrdə hələ dinimiz, Qurani-Kərim, Peyğəmbərimizin(s) hədisləri haqda ətraflı məlumatımız yox idi. Ancaq bu gün -33 il sonra Qurani-Kərimdəki Allah ayələri, Peyğəmbərimizin(s) hədisləri və həyatımızın vicdanını itirməmiş insanların qəlbini parçalayan gerçəklikləri prizmasından baxanda rəhmətlik şairin yarızarafat-yarıciddi söylədiyi bu sözlərin nə dərəcədə gerçək olduğunu anlayırsan. Təsəvvür edin ki, bir savadlı, zəkalı oğlan səhər-səhər mənzilindən Vətən, xalq, Qarabağın azadlığı üçün nəsə etmək, dininə, elmlərə dərindən yiyələnmək həvəsi ilə çıxır və küçədə qarşısına addımbaşı yarıçılpaq geyinmiş qız və qadınlar çıxır… Belə təsirli(!) məqamlardan sonra artıq hansı yolla getmək barədə qərar vermək, yəni Söhrab Tahirin təbirincə desək. proqramının dəyişib-dəyişməməsi həmin gəncin iradəsindən asılıdır… Bunun məsuliyyətini milli, dini adət-ənənələrimizə və ən başlıcası, Allahın qanunlarına zidd olaraq açıq-saçıq, cırıq-sökük libaslar geyinərək, bədənlərinin yarısından çoxu çöldə qalan zərif cins nümayəndələri də dərk etsə, yaxşıdır…

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …