Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı (FOTO)

Abutalıbovun bağlatdırdığı “26-lar” kafesi yenidən açıldı (FOTO)

Təxminən bir il əvvəl Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş kafe yeni adla fəaliyyətə başlayacaq.
Azinforum.az-ın hafta.az-a istinadən verdiyi xəbərə görə “26-Twenty Five” kafesi “13” adı ilə fəaliyyətə hazırlaşır. Belə ki, fotolardan da göründüyü kimi artıq kafenin üzərində 13 rəqəmini simvolizə edən lövhə vurulub. Yaxında fəlaiyyətə başlayacağını əks etdirən şəffaf örtük çəkilib.
Qeyd edək ki, təxminən 1 il əvvəl Yazıçılar Birliyinin inzibati binasında yerləşən başıbəlalı kafe sovet rejiminin “fədailəri” hesab edilən “26 Bakı kommisarının” “şərəfinə” adlandırılması ittihamı ilə bağlanmışdı. Hətta kafenin o zamankı sahibi saxlanılmış, məsələyə Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində müdaxilə edilmişdi.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …