Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “ABU petrol” dan qiymət dələduzluğu – 70 göstərib 90-na satır (FOTO)

“ABU petrol” dan qiymət dələduzluğu – 70 göstərib 90-na satır (FOTO)

Məlum olduğu kimi, Tarif Şurası Ai-92 markalı benzinin  pərakəndə satış qiymətini qaldırıb. Artıq 3 gündür ki, həm maraklı benzin yanacaqdoldurma məntəqələrində litri 70 -ə deyil, 90 qəpiyə satılır. Ancaq bundan suistifadə edən, insanların psixalogiyası ilə oynayıb pul qazananlar da az deyl. Məsələn, “Odlar Yurdu” universitetinə yaxın ərazidə olan “ABU petrol” yanacaqdoldurma məntəqəsindəki qiymət tablosunda  Ai-92 benzinin qiyməti hələ də 70 qəpik kimi göstərilir.  Bu “reklam”a görə sürücülər benzinin qiymətinin endirildiyini  zənn edərək, məhz həmin  yanacaqdoldurma məntəqəsindən benzin almaq qərarına gəlir. Pulun yeni qiymətlə hesablandığını görən sürücülər etiraz edəndə, ABU işçilərinin kobud rəftarı ilə  qarşılaşmalı olur.

Azinforum.az  bildirir ki, əlaqədar qurumlar istehlakçıların kütləvi aldadılması ilə bağlı yaranmış vəziyyətə mütləq müdaxilə etməlidir. Çünki tabloda qiyməti dəyişmək üçün ABU işçilərinə bir neçə saniyə lazımdır ki, 7 rəqəminin yerinə 9 yazsınlar. Bunu etmirlərsə, demək ortada haram pul qazanmaq marağı var.

Bu məqalənin dərcindən sonra, oxucular redaksiyamızla əlaqə saxlayıb bildirilər ki, anoloji vəziyyət  “ABU petrol”un Babək prospektində olan məntəqəsində və Sumqayıt yolundakı  əksər “zapravka”larda da yaşanır. Artıq bir neçə yerdə sürücülərlə, YDM işçiləri arasında dava-dalaşın  düşdüyü bildirilir.

Ramin

Azinforum.az

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın