Bazar , Noyabr 17 2019
Ana səhifə / Cəmiyyət / Abşeron Məhkəməsi prokurorun 5 il cəza istədiyi baş redaktoru həbs etmədi – CƏRİMƏ OLUNDU

Abşeron Məhkəməsi prokurorun 5 il cəza istədiyi baş redaktoru həbs etmədi – CƏRİMƏ OLUNDU

“Son olay” saytının baş redaktoru Ramin Məhəmmədoğlunun məhkəməsi yekunlaşıb. Abşeron Rayon Məhkəməsi jurnalist barədə cərimə hökmü çıxarıb. Qeyd edək ki, bir neçə gün əvvəl, dövlət ittihamçısı Ramil Məhəmmədoğluna 5 il həbs cəzasının verilməsini istəmişdi. Bir ay əvvəl isə baş redaktorun atası Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan mərhum edilib. Ramil Məhəmmədoğlu verdiyi açıqlamalarda özü və atası ilə bağlı yaşananları jurnalist fəaliyyətilə əlaqələndirib:

“Faktiki olaraq haqsızlığa düçar olmuşuq. Bəzi məmurlar apardığım araşdırmalara görə bu yolla məndən qisas almağa çalışır. Bu müddət ərzində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər etmişəm. Həbs olunmmağımı da məhz həmin müraciətlərin ətraflı araşdırılması ilə əlaqələndirirəm. Mən bu məsələdə insaflı mövqe nümayiş etdirən Abşeron Rayon Məhkəməsinin sədrinə də xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda, ağır günlərdə dəstəyini əsirgəməyən həmkarlarıma dərin təşəkkür edirəm”.

Ramil Məhəmmədoğlu saytımıza bildirdi ki, hökmdən apelliyasiya şikayəti verməyi planlaşdırır.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

74 yaşı var, yenə deputat olmaq istəyir

“Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə …

Bir cavab yazın