Ana səhifə / Cəmiyyət / “Abşeron-Gənclər şəhərciyi”nin sakinləri ayağa qalxdı – SƏBƏB BİNALARIN QAZLAŞDIRILMAMASIDIR 

“Abşeron-Gənclər şəhərciyi”nin sakinləri ayağa qalxdı – SƏBƏB BİNALARIN QAZLAŞDIRILMAMASIDIR 

“Abşeron-Gənclər şəhərciyi”ndə hazırda sakinlər tərəfindən etiraz aksiyası keçirilir.
Gununsesi.info-nun əməkdaşının verdiyi məlumata görə, şəhərçik sakinlərinin etirazına, ayağa qalxmasına “Akkord” şirkətinin “Azəriqaz”-a 600 min manat borunun olması səbəbindən şəhərciyin qazlaşdırılmasında problem yaranması səbəb olub.
Belə ki, sakinlərin verdiyi məlumata görə, onlar tərəfindən qazlaşdırılma ilə bağlı külli miqdarda pul yığılsa da, hətta, sayğaclar quraşdırlsa da, amma bir ildən artıqdır ki, onlara qaz verilmir.
“Akkord” şirkəti “Azəriqaz”-a 600 min borcludur. Borcunu ödəmədiyi üçün də əziyyətini biz çəkirik. Pul ödənilsə, “Azəriqaz” qazı verməyə hazırdır. Binaların bəzisində qaz var, bəzisində, daha doğrusu, əksərində isə qaz hələ də də yoxdur. Biz də öz haqqımızı tələb edirik”-deyə, sakinlər vurğulaylblar.
Bu səbəbdən də onlar çıxış yolunu etiraz aksiyası keçirməkdə görüblər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın