Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub –(FOTO)

ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub –(FOTO)

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Viliyam Gill noyabrın 29-30-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, diplomat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Energetika Xidmətinin rəhbəri Namiq Paşayev, Ombudsman Ülkər Bayramova və əmək və sosial müdafiə naziri Cavid Səfərovla görüşlər keçirib. Müvəqqəti İşlər Vəkili Villiyam Gillin səfəri əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, energetika və iqtisadiyyat sahələrində tərəfdaşlıq kimi ortaq prioritetlərin müzakirəsi üçün gözəl fürsət idi.

Noyabrın 29-da ABŞ-ın Bakıdakı səfirliyi ƏSA teatrının səhnələşdirdiyi “İnsanlar və siçanlar tamaşası”nın Naxçıvan Musiqili Teatrında ifasını maliyyələşdirib. Bu tədbir Beynəlxalq Əlillər Günündə həyata keçirilib. Noyabrın 30-da U.Gill əlil insanlar üçün nəzərdə tutulan Naxçıvan Regional Bərpa Mərkəzinə gedərək mərkəzin göstərdiyi xidmətlər barədə məlumat alıb.

Bu barədə “Facebook”, “Instagram” və “Twitter”ə daxil olmaqla ABŞ səfirliyinin sosial media platformalarından daha ətraflı məlumat əldə etmək olar.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …