Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / ABŞ Dövlət Departamenti Xədicə İsmaylovanı azad etməyə cağırdı

ABŞ Dövlət Departamenti Xədicə İsmaylovanı azad etməyə cağırdı

ABŞ Dövlər Departamenti Azərbaycanda jurnalist Xədicə İsmayılovanın 7,5 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarının cıxarılmasından narahatdır.

“Turan”-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilir.

«Biz həmcinin istintaq və məhkəmə baxışı zamanı baş verən pozuntularından, o cümlədən şahid ifadələrinin və digər vacib sübutlarının xaric edilməsindən narahatıq. Bu hadisə Azərbaycanda insan hüquqlarının, o cümlədən mətbuat azadlığının məhdudlaşdırılmasına genış tendensiyasının daha bir nümunəsidir. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin özünün dediyi kimi, KİV azadlığı demokratiyanın mühüm prinsiplərindəndir və bunun pozulması Azərbaycanın özünün maraqlarına ziddir”, – deyə bəyanatda bildirilir.

ABŞ Azərbaycan hökumətini X.İsmaılovanın və dıgər fəalların azad edilməsina, eləcə də öz beynəlxalq öhdəliklərinə hörmət etməyə cağırıb.

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın