Ana səhifə / Cəmiyyət / “ABŞ-da övladlarıma 4 milyonluq mənzil almağımda səhv yoxdur” – Elmar Məmmədyarov

“ABŞ-da övladlarıma 4 milyonluq mənzil almağımda səhv yoxdur” – Elmar Məmmədyarov

“Mən hər iki uşağım üçün mənzil almışam”.

Bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-nin “Üzbəüz” verilişinin efirində sualları cavablandırarkən deyib.
Daha sonra sabiq nazir sözlərinə belə davam edib:
“Həmişə deyirəm ki, bu mənim şəxsi, ailə məsələmdir. Bəli, uşaqlarım üçün iki mənzil almışam. Düz bir ildir, Amerika bankı ilə təmasda idik. Bu o demək deyil ki, mən çamadanla pul aparmışam, Nyu-Yorkda mənzillər almışam. Evdə buna aid kağızlar, hesabatlar var. Hansı ki, bank mənə o, köçürməni etməyi icazə verdi. Mən də bank köçürməsi ilə mənzilləri almışam. İnanmıram ki, bu pis hərəkət idi. Böyük oğlum indi mənimlə birlikdə yaşayır. Amma kiçik oğlum işlədiyi üçün Nyu-Yorkda qalır. Mən bir ata kimi övladlarıma mülk almalıydım”.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …