Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / ABŞ  azərbaycanlı sülhməramlıların amerikalı komandanının  Türkiyədəki çevrilişdə ittiham olunmasını absurd sayır

ABŞ  azərbaycanlı sülhməramlıların amerikalı komandanının  Türkiyədəki çevrilişdə ittiham olunmasını absurd sayır

İyulun 15-də Türkiyədəki hərbi çevrilişə cəhd ilə bağlı AKP-yə yaxın “Yeni Şafak” qəzeti maraqlı iddia ilə çıxış etmişdi. Qəzet Türkiyədəki çevrilişdə açıq şəkildə ABŞ Silahlı Qüvvələrinin əlinin olduğunu yazıb:
“…Qiyamı hazırlayan və idarə edənlər arasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) komandiri general Con F. Kempell də olub. O, qiyama dəstək məqsədilə Nigeriyadakı Afrika Birləşmiş Bankından (UBA) çevrilişə cəhd üçün külli miqdarda pul ayırıb. Bu pullar Türkiyə banklarında 80 fərqli hesaba yüklənib.
Qiyamdan öncə, general Kempell gizlicə Türkiyəni 2 dəfə ziyarət edib. O, səfər çərçivəsində həm Ərzurumda, həm də Adanadakı İncirlik hərbi hava bazasında görüşlər keçirib. Hərbi mənbə bildirib ki, orduda xidmət edən zabit heyətinin hazırlıq prosesini də həmin general idarə edib. 2014-cü ildən bu günə Əfqanıstandakı Beynəlxalq Dəstək Qrupuna rəhbərlik edən və may ayında təqaüdə çıxan Kempell çevrilişin uğurlu keçəcəyi təqdirdə, ən qısa zamanda Türkiyəyə gəlməyi planlaşdırıbmış”.

Strateq.az saytı isə,  apardığı araşdırma nəticəsində Kempbellə bağlı maraqlı faktlar əldə edib. Sayt bildirir ki,  general Kempellin adı azərbaycanlı hərbçilərə də yaxşı tanışdır. Belə ki, Əfqanıstanda olan Azərbaycan sülhməramlıları vaxtilə məhz Kempellin komandanlığı altında fəaliyyət göstəriblər.
Azinnforum.az xarici mətbuata istinadən bildir ki, ABŞ rəsmi olaraq  generallarının  Fətullah Gülənlə sıx təmasda olduğunu təkzib edir.  ABŞ ordusunun Birgə qərargahlar rəisi, general Co Danford Türkiyənin gündəlik “Yeni Şafak” qəzetində bu xüsusda dərc olunan məqalə ilə bağlı sərt mövqedən çıxış edib. O, məqaləni “absurd” adlandırıb: “General Kempbellin belə bir işlə əlaqəsi olduğuna dair iddialar absurddur. Təqaüddə olan general özü də türk mətbuatının onun Türkiyədəki siyasi fəaliyyətlərə müdaxiləsinə dair yazılanları qətiyyətlə rədd edir”. ABŞ ordusunun polkovniki Patrik Siber isə Kempbellə bu ayın əvvəllərində görüşdüyünü və onun Türkiyəyə ABŞ hökumətinin mövqeyini dəstəkləmək üçün səfər etdiyini bildirib.

M.MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …

Bir cavab yazın