Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / ABŞ Azərbaycana sanksiya tətbiq edir – ŞOK QƏRAR

ABŞ Azərbaycana sanksiya tətbiq edir – ŞOK QƏRAR

Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ABŞ-la ticarət aparan dairələrə, xüsusi xidmət orqanları, güc strukturları və məhkəmə orqanlarına da aid olunacaq. Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur.

Virtualaz.org saytı xəbər verir ki, sanksiyalar yalnız bir halda ləğv oluna bilər: Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafə sahəsində əhəmiyyətli tərəqqiyə nail olsa, həmçinin azad və ədalətli seçkilərin keçirilməsinə nail olsa.

“Biz milli təhlükəsizlik və iqtisadiyyat sahəsindəki vacib əlqaələrin mövcudluğunu başa düşürük. Amma ABŞ Azərbaycanda insan haqlarının pozulmasına dair dəhşətli faktlara münasibətdə özünü artıq daha kor kimi apara bilməz” – deyə Helsinki Komissiyasının rəhbəri, konqresmen K.Smit bildirib.

“Jurnalistləri və fəalları müntəzəm olaraq həbs edirlər. Müxalif siyasətçilər hələ də həbsxanadadır. Keçirilən seçkilər azad v ədalətli deyil. Hüquq müdafiəsi ilə məşğul olan vəkillər təqiblərə məruz qalır və vəkil statusundan məhrum olunur. Dini azlıqlar da təqib edilir. ABŞ hökumətin insan haqlarının pozulması, əsas azadlıqların, müxalifətin, KİV azadlığının və dini azlıqların hüquqlarının pozulması məsələsində kompromissə getməyəcək” – deyə Helsinki Komissiyasının bəyanatında deyilir.

* * *23:43

ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

“Artıq neçə illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür.

ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur” – deyə ATƏT-in saytında xəbər verilir.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …

Bir cavab yazın