Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Cəmiyyət / Abid Şərifovun səhhəti pisləşdi

Abid Şərifovun səhhəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti pisləşib.

Bu barədə Manset.az məlumat yayıb.

Bildirilir ki, Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda çoxsaylı problemlərinin olduğu ortaya çıxıb.

Bu barədə açıqlama verən Baş nazirin sabiq müavini vurğulayıb ki, koronavirusa görə xəstəxanada yatmaqdan imtina edib, müalicəsini evdə davam etdirir:

“Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina elədim, evdə müalicə alıram. Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz”.

Həmçinin oxuyun

Prezidentin Qubadlıda idmançılarla dialoqu – “Bilirəm, sən yaxşı vuruşmusan” – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Qubadlı rayon …