Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova keçmiş ərindən 50 min manata yaxın pul tələb edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Eyyubova məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, ailə birgə nikah dövründə dəyəri 92800 manat olan mənzil alıb.
Eyyubova həmin mənzilin dəyərinin tam yarısının Anar Məhərrəmovdan tutulub ona ödənilməsini istəyir.

İddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanən sədrliyi ilə baxılır.

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq ötən il boşanıb. Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə alınmış bir sıra əmlak və əldə edilmiş gəlirin yarısının, eləcə də üç azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Lakin sözügedən 92 800 manatlıq mənzillə bağlı iddia rədd edilib.

Xatırladaq ki, Anar Məhərrəmov hazırda Azərbaycanın Estoniyadakı səfiridir. O, Bakı Dövlət Universitetinin sabiq rektoru (1999-2018) Abel Məhərrəmovun oğludur. Mehriban Eyyubova isə Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır. Onun da ixtisasca diplomat olduğu bildirilir.

Həmçinin oxuyun

25 mindən çox azərbaycanlı qadın Türkiyəyə ərə gedib – STATİSTİKA

Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı artıb. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir …