Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Cəmiyyət / Abel Məhərrəmov Almaniyaya aparıla bilər

Abel Məhərrəmov Almaniyaya aparıla bilər

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. 

Azinforum.az “Sputnik”ə istinadən xəbər verir ki, sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.
Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və o, bu gün palataya köçürülüb. Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir. Bununla belə, mənbə Abel Məhərrəmovun Almaniyadakı xəstəxanalardan birinə köçürülmə ehtimalının olduğunu qeyd edib. O bildirib ki, hazırda Almaniya xəstəxanaları ilə bu barədə danışıq aparılır.
Abel Məhərrəmov 2018-ci il noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin” – TƏKLİF

“Şəhid ailələri ilə səmimi görüş zamanı paytaxtımız Bakının və Azərbaycanın digər böyük şəhərlərinin körpü və …