Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət /  Abbas Abbasovun qardaşı 10 milyon borca görə həbs edilib

 Abbas Abbasovun qardaşı 10 milyon borca görə həbs edilib

Nadir Abbasovun Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürdüyü bildirilir

Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov həbs edilib. Bu barədə  Gəncədəki Abbasovlara yaxın mənbənin “Təzadlar”a verdiyi məlumata istinadən xəbər yayılıb.

Xatırladaq ki, Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. İddiaya görə, bir neçə gün əvvəl onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub və hələ də bu idarədə saxlanılır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hər hansı məlumat ala bilmədik. Gəncədəki mənbələrimiz isə “Yeni Müsavat”a xəbəri təsdiqlədi. “Abbasovlar qonşularla təmaslardan qaçırlar, hər hansı açıqlama vermirlər. Lakin eşitdiyimizə görə, Nadir Abbasovun banka 10 milyon dollar borcu olduğundan həbs edilib və hələ də nəzarətdədir” deyə, adının çəkilməsini istəməyən mənbə bildirdi.

Əlavə edək ki, mətbuatda bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunduğu barədə də xəbər verilib. Məlumata görə, onun qızı da işdən çıxarılıb.

“Yeni Müsavat” olaraq bu məsələləri Gəncə rəhbərliyi ilə dəqiqləşdirə bilmədik. A.Abbasovun deputat oğlu Aydın Abbasov isə qəzetimizə açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etdi. Bildirdi ki, Strasburqdan yenicə qayıdıb, odur ki, yazılanlardan xəbərsizdir. A.Abbasov məsələləri araşdırandan sonra ətraflı açıqlama verəcəyini desə də, sonrakı cəhdlərimizdə telefon zənglərimizə cavab vermədi.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın