Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Cəmiyyət / AAAF sakinlərindən etiraz: “Ödəniş etmişik, amma mənzillər verilmir” – VİDEO

AAAF sakinlərindən etiraz: “Ödəniş etmişik, amma mənzillər verilmir” – VİDEO

Xırdalan şəhəri AAAF Park Yaşayış kompleksinin bir qrup sakini etiraz ediblər.

Belə ki, şirkətin baş ofisinin qarşısına toplaşan sakinlər mənzillərinin verilməməsindən şikayətçidirlər.
Onlar bildirirlər ki, nağd şəkildə ödəniş etsələr də illərdir mənzillər təhvil verilmir:
“7 ildir nağd qiymətə ev almışıq. Artıq 2 ilə 4 bina tikilib, hər şey hazırdır. Amma evləri vermirlər. Sentyabrda AAAF-dan mesaj gəldi ki, eviniz hazırdır, gəlib açarları götürə bilərsiniz. Ofisə yaxınlaşdıqda isə mesajın səhv göndərildiyini, oktyabrın 15-də gəlməyimizi dedilər. Günbəgün, aybaay vaxtı uzadırlar. Şikayətimizə heç kim baxmır, içəridən biri də çıxıb danışmır”.
Şikayətçilərin dediyinə görə sakinlərdən bina üçün 950 manat sayğac pulu alınıb:
“Pulu alıb “yeyiblər”. Heç bir sayğac da quraşdırmayıblar. Üstəlik sayğac pulu verənlərə əlavə kommunal ödənişi yazılır. Sakinlərin eləsi var, kirayəyə pul tökür, üstəlik bura da aylıq ödəniş edir. Rəsmi qurumlara da müraciət etmişik, elə deyirlər tədbir görüləcək. Biz küçədə qalmışıq, yaşamağa yerimiz yoxdur. Öz əlimizlə pul verib, ev almışıq. Belə olmaz axı! AAAF-ı məhkəməyə də vermişik. Məhkəmə qərar çıxarıb ki, pul qaytarılsın. Onlarda qərardan Apelyasiyaya, Ali məhkəməyə şikayət veriblər”.

Qeyd edək ki, AAAF- İnşaat MMC Tofiq Heydərova məxsusdur.
Dəfələrlə mətbuatda AAAF-la bağlı şikayətlər yayılıb.

Daha ətraflı videomaterialda:

https://www.facebook.com/plugins/video.php?height=280&href=https%3A%2F%2Fwww.facebook.com%2Fturantvkanal%2Fvideos%2F296259019145783%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Dövlət Məşğulluq Agentliyi öz işi ilə məşğul olmur

 Şəki rayonun Baş Göynük kənd sakini Abdurahmanov Lətif Abdulkərim oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. …