Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Cəmiyyət / AAAF-dakı atraksion maraqlı metodla işləyir…

AAAF-dakı atraksion maraqlı metodla işləyir…

Xırdalan qəsəbəsində yerləşən “AAAF park” adlanan istirahət kompleksində uşaqlar üçün oyun atraksionları olan seksiyada maraqlı metod tətbiq edilib. Azinforum.az-a bununla bağlı şikayət edən vətəndaşlar bildiriblər ki, atraksiondan istifadə zamanı onlardan şəxsiyyət vəsiqələrini girov saxlanması tələb edilir. Məsələni araşdırmaq üçün, “AAAF park”ın deyilən ərazidə olduq. Uşaqları əyləndirmək üçün atraksionların iş prinsipi belədir ki, karta müəyyən məbləğ yükləməlisən. Bütün aparatlar kartın toxunuşundan sonra, balansa uyğun şəkildə çalışır. Aparatlardakı qiymət 50 qəpik- 2 manat arasında dəyişir və seçimə uyğun şəkildə kartın balansından vəsait çıxılır. Kassadan kartı alanda deyillər ki, balans yüklənən kartla iş bitikdən sonra, o geri qaytarılmalıdır. Ancaq bunun üçün vətəndaşlardan rəsmi sənəd sayılan şəxsiyyət vəsiqəsini girov saxlamaq, ya da iri məbləğdə pul qoymaq tələb edilir.

Kart qaytarılandan sonra isə girov qoyulan pul və ya şəxsiyyət vəsiqəsi vətəndaşın özünə verilir. Şəxsiyyət vəsiqəsinin girov qoyulmasına etiraz etdiyimiz səbəbindən, bununla bağlı müdriyyətlə məsələnin aydınlaşdırılmasını tələb etdik. Özünü həmin seksiyanın rəhbəri kimi təqdim edən şəxs bildirdi ki, belə bir göstətişi onlara AAAF-ın rəhbərliyi verib və burada qeyri adi nəsə görmürlər.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

DSX: İran və Rusiya istiqamətindən sərhəd pozucuları yaxalandı

Oktyabrın 16-da Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan istiqamətində …