Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “AA” seriyalı maşınlara xəbərdarlıq – Azinforum.az-ın qaldırdığı problem həllini tapır

“AA” seriyalı maşınlara xəbərdarlıq – Azinforum.az-ın qaldırdığı problem həllini tapır

Mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş “oyunlar zolağı”na rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin çıxması qadağandır.

Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar.

Əgər “Oyunlar zolağı” digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 40 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər.
Qadağalar tətbiq olunduğu gündən indiyədək xeyli sürücü qayda pozuntusuna yol verdiyi üçün cəzalanıb.
Müşahidələr onu göstərir ki, qadağan olunmuş zolağa daxil olan avtomobillər arasında “AA” seriyalı avtomobillər də var. “AA” nömrəli avtomobillər isə məlum olduğu kimi daha çox dövlət idarələrinə məxsusdur.  Qeyd edək ki, ilk dəfə belə suistifadəyə yol verilməsini Azinforum.az saytı qaldırıb. Həmin yazını bu linkdən oxuya bilərsiniz (https://www.azinforum.az/?p=6202)

“Oyunlar zolağı”na daxil olan “AA” seriyalı avtomobillər cərimələnəcəkmi?

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, yalnız qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə həmin zolaqla hərəkət etməyə icazə verilir, yerdə qalan avtomobillərə zolağa girmək qadağandır.

DYP rəsminin sözlərinə görə, digər nəqliyyat vasitələrinin həmin zolağa çıxmasına icazə verilmir və sürücülər bilməlidirlər ki, həmin hərəkət zolağına çıxan nəqliyyat vasitəsinin sürücüsü inzibati məsuliyyətə cəlb olunacaq.

“Ərazidə xidmət aparan yol patrul xidməti inspektorları tərəfindən, ya da ərazilərdə quraşdırılmış foto-video kameralar vasitəsilə həmin qayda pozuntusu aşkar edilib, elektron qaydada protokollaşdırılıb sürücünün ünvanına göndəriləcək”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın