Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “A.M.A.Y.” Abdullanın vəkilindən yeni nağıl

“A.M.A.Y.” Abdullanın vəkilindən yeni nağıl

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində “A.M.A.Y.” rəhbəri Abdulla Abdullayev, daha beş nəfər – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasovanın işi üzrə keçirilən məhkəmə prosesləri hələ iyunun əvvəlindən qeyri-müəyyən müddətə qədər təxirə salınıb. 
Ötən müddət ərzində A.Abdullayevin yaranmış duruma reaksiya verməməsi onunla müəyyən danışıqların aparılması qənaətini yaratmışdı. Vəkili Osman Kazımovun mətbuata son açıqlaması isə yaranmış qənaətin doğru olmadığı anlamına gəlir. Vəkil “Turan”a deyib ki, Abdull
“Bunlar sifarişlə keçirilən məhkəmələrdir və konkret söz deyilməyincə, hansısa bir hərəkət olacağı inandırıcı deyil”, – deyə vəkil faktiki məhkəmələri müstəqil olmamaqda ittiham edib.
Daha sonra O.Kazımov A.Abdullayev və daha 5 nəfər üzərində mart ayından iyun ayına kimi davam edən məhkəmə prosesləri və konkret ittihamlar barədə açıqlama verib. “Burada müdafiə tərəfi üçün vacib olan budur ki, ittiham tərəf irəli sürdüyü ittihamları sübuta yetirə bilmir”, – deyə vəkil istintaqı əsassız ittiham irəli sürməkdə suçlayıb. O qeyd edib ki, istintaq tərəfin yüzlərlə zərərçəkən kimi tanıdığı şəxs A.Abdullayevi təqsirli və ya zərərvuran şəxs kimi tanımayıblar. Vəkilə görə bu da onu göstərir ki, istintaq təqsirləndirmək istədiyi şəxsin təqsirini sübuta yetirə bilməyib. Digər tərəfdənsə, O.Kazımov ittiham tərəfi istintaqı çox səthi aparmaqda ittiham edib.
“Maraqlı bir situasiya yaranıb, A.Abdullayevə ”Texnikabank”dan kredit olaraq götürülən və artıq qaytarılmış olan maliyyə vəsaitlərinə görə həm dələduzluq, həm külli miqdarda mənimsəmə, həm də “çirkli pulların leqallaşdırılması” ittihamları irəli sürülür. İstintaq tərəfdən “çirkli pulların leqallaşdırılması” ilə bağlı fevral ayından bu yana sübutları tələb edirik, amma ittiham tərəf bizə bir sübut belə təqdim etməyib”, – deyə vəkil durumu açıqlayıb.  O.Kazımov A.Abdullayevin şantaja məruz qalması kimi mövqe açıqlayıb. Onun sözlərinə görə, məhkəmə prosesinin gedişində şantajın haradan qaynaqlanması bütün proses iştirakçılarına da aydın olacaq. Vəkil şantajın mənbəyi kimi daha çox hüquq-mühafizə orqanlarının olacağını ehtimal edir.
Yada salaq ki, bu il mayın 4-də moderator.az saytında həbsdə olan A.Abdullayevin şantaja məruz qalması haqda xəbər yayılmışdı. Mayın 4-də yayılan məlumatda bildirilirdi ki, A.Abdullayevdən azadlığa buraxılması üçün ondan külli miqdarda pul istənilib. Həmin vaxt O.Kazımov informasiyanın həqiqətə uyğun olmadığını bildirmişdi. “Məncə, Abdulla Abdullayev şantaj edilərək həbsə alınıb. Yüksək vəzifəli şəxsə Abdulla Abdullayev barədə yalan məlumat çatdırılıb. Nədənsə məndə belə bir qənaət formalaşıb” – deyə vəkil bildirmişdi.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y.” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.
 
“Eləcə də Abdulla Abdullayev ”Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümumilikdə 40 milyon 150 min manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.
A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir.
Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaqa cəlb edilənlərdən yalnız A.Abdullayev həbsdədir. Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.
E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın