Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / 97 yaşlı veteranımız: Müharibənin ən qızğın dövrlərinin şahidi olmuşam – VİDEO

97 yaşlı veteranımız: Müharibənin ən qızğın dövrlərinin şahidi olmuşam – VİDEO

Bu gün Böyük Vətən müharibəsinin bitməsindən 74 il ötür. Faşizm vəhşiliyinə qarşı gedən Böyük Vətən Müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Cəbhədə igidliyə görə 139 soydaşımız “Sovet İttifaqı” Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. 

Baku.TV-nin məlumatına görə, 97 yaşlı Ələkbər Təhməzov 1941-1945-ci illər müharibəsinin canlı şahidi olmuş veteranlarımızdan biridir. 

O, Böyük Vətən müharibəsi zamanı igidliyə görə müxtəlif medallarla təltif olunub.

Ə. Təhməzov bildirib ki, hərbi divizionda sürücü olub və artilleriya atışlarına, yolların pis olmasına baxmayaraq, döyüşçüləri hər zaman silah-sursatla və yanacaqla təmin edib. 

Veteranımız müharibənin ən qızğın dövrlərinin şahidi olub. Amma yaşından dolayı həmin dövrlə bağlı bir çox hadisələri çətinliklə xatırlayır. 

Hər il 9 May – Qələbə günü ölkəmizdə geniş şəkildə qeyd olunur. Azərbaycan xalqı Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarının tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaq. Onların həyat yolu indiki və gələcək nəsil üçün nümunədir.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …