Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / 91 yaşlı ağsaqqal və oğlanları Orduya 21 min manat yardım etdilər…

91 yaşlı ağsaqqal və oğlanları Orduya 21 min manat yardım etdilər…

Sentyabrın 27-dən etibarən Azərbaycan Respublikası 30 ilə yaxındır ki, ərazilərimizin 20 faiz hissəsini sovetlər dönəmində zəbt etmiş erməni faşizminə qarşı əks-hücum əməliyyatına – VƏTƏN MÜHARİBƏSİnə qalxmışdır.

Ölkəmizdə qismən səfərbərlik elan edilmişdir. Son demə, insanlar Ali Baş Komandan İlham Əliyev cənablarının bu qərarına bənd imişlər. Minlərlə vətəndaş könüllü olaraq Milli Ordu sıralarında döyüşlərdə iştirak etmək üçün hərbi səfərbərliyin baş idarəsinə müraciət etmişlər. Kiçik yaslı uşaq da, tənha qocalar da, pensiyaçılar belə bu ümumxalq mücadilədə özlərini Vətənin müsəlləh əsgəri hesab edir.

Öz işləri, fəaliyyətləri ilə qələbəmizin tezliklə əldə edilməsinə çalışırlar. Rəmzi olaraq “7-dən 77-yə” ifadəsi gördüyümüz kimi, çoxdan öz sərhədlərini aşmışdır. Bu sırada Masallı rayon sakini, qocaman ziyalı, 91 yaşlı Tahir Niftullayev də vardır. Bəli, səhv eşitmədiniz. 91 yaşlı ağsaqqal bu günlərdə Milli Ordumuza – Ümumxalq Yardım Fonduna 1000 AZN (min manat) vəsait köçürmüşdür. Bu, hələ hamısı deyil, Tahir babanın oğulları da Milli Orduya Yardım Fonduna 20.000 AZN (iyirmi min manat) pul vəsaiti ödəyiblər.

T. Niftullayev vətənpərvər ruhlu oğlanlar böyüdüb. Oğullarının yaşının ölkə başçısının qismən elan etdiyi səfərbərliyə çatmadığı üçün Milli Ordu sıralarına qəbul edilmədiyindən özlərinin Vətən sevgisini bu cür ifadə etməyə çalışmışlar. Tahir baba bundan sonra da bu niyyətini davam etdirmək fikrindədir.

Ordumuza əlindən gələn hər bir xidməti göstərmək ondan ötrü kiçik bir təsəllidir. T.Niftullayev həyatın hər üzünü görüb. Atası İkinci Dünya Müharibəsində SSRİ qoşunları sırasında iştirak edərək həyatını qurban vermişdir. Özü arxa cəbhədə çalışıb. Keçmiş müəllim bu gün də özünü arxa cəbhənin əsgəri hesab edir.

Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ali Baş Komandanımızın rəhbərliyi altında tarix yazaraq geri alınacağı, erməni faşistlərini torpaqlarımızdan müzəffər qələbələrlə qovulub çıxarılacağı, ərazi bütövlüyümüzün təmin olunacağı, yurd-yuvasından qovulmuş bir milyondan artıq məcburi köçkün və qaçqınlarımızın öz doğma ocaqlarına qayıdacaqları günə çox az qalıb.

Çox qürurvericidir ki, bu gün xalq-dövlət-ordu birliyi mövcuddur və bu hal hər bir əsgərimizin döyüş əhval-ruhiyyəsini daha da yüksəldir. Yaralı əsgərlərimizə, ön cəbhədə olan igidlərimizə və onların ailələrinə bu gün də yardımlar edirlir. Doğrudur, şəhidlərimiz də var. Onlardan biri də Ağayev Şahin Azər oğludur. Əbəs yerə deyilməyib ki, «Torpaq, uğrunda ölən varsə VƏTƏNDİR!» Bəli, Vətən məhz belə oğulları ilə həmişə fəxr etmiş, bu gün də fəxr etməkdədir. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məzarları nurla dolsun. Amn! 

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …