Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / 9 yaşlı azərbaycanlı qız Fatimə Fransa küçələrində donur

9 yaşlı azərbaycanlı qız Fatimə Fransa küçələrində donur

Fransanın Laval şəhərində qışın soyuğunda küçədə gecələməli olanlar arasında 9 yaşlı azərbaycanlı qız Fatimə də var.

Yerli hakimiyyət evsiz-eşiksizlər üçün yardım mərkəzləri təşkil ediblər ki, burada onlar həm də isti yeməklə təchiz olunurlar. Fatimənin (soyadı göstərilmir) ailəsi də Pyer de Kuberten küçəsindəki mərkəzə gəlir.

Virtualaz.org yerli “francebleu” nəşrinə istinadən xəbər verir ki, Fatimənin ailəsi Fransaya 3 il bundan əvvəl Azərbaycandan gəlib. Son 9 aydır ki. onlar küçədə gecələməli olurlar. Hər gecə onlar yatmaq üçün ayrı yer tapmağa məcburdurlar.

“Küçədə yaşamaqdan xoşum gəlmir. Daimi evimin olmasını istərdim. Yer tapa bilməyəndə gecələmək üçün xəstəxanaya gedib, qəbul şöbəsindəki stullarda yatırıq. Stulda oturaraq yatmaq çox çətindir”, – Fatimə jurnalistlərə bildirib.

Pyer de Kuberten küçəsindəki mərkəzdə bildiriblər ki, Fatimənin ailəsi köməyə möhtac olan yeganə ailə deyil. “Soyuqlar düşəndən hər gün bizə 70-ə yaxın adam müraciət edir. Onlar qızınmaq və yemək istəyirlər”, – mərkəzdən qeyd olunub.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …