Çərşənbə , İyun 26 2019
Ana səhifə / Cəmiyyət / 8 Martda hansı hədiyyəni almaq olmaz? -FOTOLAR

8 Martda hansı hədiyyəni almaq olmaz? -FOTOLAR

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir çox qadınlar hədiyyələrini alıb. Hələ də hərəkətə keçməyən kişiləri isə hədiyyə alma həyəcanı bürüyüb.

Bu işdə naşı olub nə alacağını bilməyənlər də var, ilk ağlına gələn hədiyyəni alıb canını qurtarmaq istəyənlər də… Ancaq bu oyunda kreativliyini işə salıb həm anı, həm də hədiyyəni özəlləşdirənlər qazanacaq.
Moderator.az Axşam.az-a istinadən Beynəlxalq Qadınlar Günündə alınmamağı məsləhət görülən, “şablon” hədiyyələrin siyahısını təqdim edir.
Qırmızı gül
Qadınlara alına biləcək gəlmiş-keçmiş ən şablon hədiyyə qızılgüldür. “Şablon ola bilər, ancaq çox bəyənilir” deyirsinizsə, haqlısınız. Amma, sizcə, yeni və daha kreativ hədiyyələrin vaxtı gəlməyib? Ən azından üzərində düşünülmüş olar. Kim bilir, bəlkə, sevgiliniz sizə yenidən aşiq olar?

Yumşaq və böyük ayılar…
Qadınlar bu hədiyyələri sevimli hesab etsələr də, yumşaq ayılar çox şablon hədiyyədir. Yanına bir dəstə gül alıb, həm sevimli, həm də romantik görünüm desəniz də, sıradanlıqdan uzaqlaşa bilməzsiniz…

Sehirli fincan
İçinə isti su tökəndə fotonuzun ortaya çıxdığı bu fincanlar ilk çıxdığı vaxtlarda olduqca romantik idi. Amma artıq çox adiləşməyib? Ofisdə “Buna bax, sevgilisini necə də sevir, fincanında şəkli də var” deyənlər yoxdur…

Akrostik şeir
Sevgilinizə romantik şeir yaza bilərsiniz. Ancaq akrostik edib, baş hərflərinə uyğun cümlə uydurub, yazmayın. Ən önəmlisi, şeir yazdığınız kağızın uclarını yandırmayın.

Adınızın yazıldığı yastıqlar
Bəli, adlarınız yan-yana çox gözəl görünə bilər. Ağaclara, divarlara yazmış ola bilərsiniz. Amma sakitləşin, adlarınızın yazılmadığı tək bir əşyanız olsun…

Yazılı şokolad
Öz istehsalınız olan, yaxud bişirdiyiniz şokoladın üstünə hansısa sözü yazsaydınız, romantik ola bilərdi. Ancaq asanlıqla alına bilən bu şokoladlar düşündüyünüz qədər də romantik sayılmır.

Parfüm
Parfüm hər kəsin ağlına gələn həddiyyələrdəndir. Lakin sevgilinizə parfüm almayın. “Qoxunu bəyənmirəm, ya da səndən tər qoxusu gəlir” deməyin bir yolunu axtarırsınızsa, bunu Sevgililər günündə etməyin.

Heykəllər
İlin ən yaxşı atası, anası, nənəsi, qısaca, hər şeyi yazıları ilə istehsal olunmuş bu hədiyyəni almamağınız məsləhət görülür.

Bəs bu gün hansı hədiyyələri almaq olar?
“Yellow Pages” dijital platforması hədiyyə ilə bağlı ən çox axtarış edilən kateqoriyaları açıqlayıb. Axtarışların nəticəsinə görə, geyim və geyim aksessuarları ilk sırada, restoranlar isə ikinci sırada yer alır. Bu sırada gül mağazaları, gözəllik salonlarının sifarişləri də var.

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …