Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Cəmiyyət / 70 yaşlı Rasim Balayev: “Bu rəqəm məni qorxutdu”

70 yaşlı Rasim Balayev: “Bu rəqəm məni qorxutdu”

Bu gün kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlarla yadda qalan xalq artisti Rasim Balayevin ad günüdür. Aktyorun 70  yaşı  tamam olur.

Modern.az saytı doğum günündə yubilyarla əlaqə saxlayaraq, təəssüratlarını öyrənib. Xalq artisti bildirib ki,  artıq təbriklər bir neçə gün əvvəldən gəlir:

“Yuvarlaq rəqəm olduğu üçün  ad günüm  yəqin ki, ötən illərdən fərqli olar. Axşam bir neçə dostlarımızı yığıb birlikdə qeyd edəcəyik. 70 yaşım olur. Bu  rəqəm məni qorxutdu ya qorxutmadı, onsuzda gəlib. Bundan sonra qorxmağın ya qorxmamağın nə mənası var?  70  xoş gəlib,  səfa gətirib.  Qurban olum Allaha, bu həyatı verdi, yaşadıq”.

R.Balayev qeyd edib ki,  hazırda əsas istəyi can sağlığının olmasıdır: “Bir də yaxşı rollar  olsun. Bundan sonra Allah nə qədər ömür veribsə, onu yaşayaq. Mən həmişə işdə olmaq istəyirəm. Bunun üçün adama öncə sağlamlıq lazımdır, daha sonra yaxşı filmlər, rollar. Hələ ki, bu cür rollar yoxdur. Ümidlə yaşayırıq”.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Xalq artisti ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rolları canlandırıb. “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda filmlərə çəkilib.

Sənətkar 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

Həmçinin oxuyun

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – İTTİHAM

“Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan …