Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / 70 yaşını qeyd edən Xalq artisti: “Yuxuya getdiyim zaman nəfəs almağı unuduram”

70 yaşını qeyd edən Xalq artisti: “Yuxuya getdiyim zaman nəfəs almağı unuduram”

Bu gün Azərbaycanın görkəmli gülüş ustası, Xalq artisti Arif Quliyevin doğum günüdür.

Şirvan şəhərində anadan olan aktyorun 70 yaşı tamam olur.

Saysız-hesabsız film və televiziya tamaşalarında müxtəlif obrazlar yaratmış, tamaşaçıların üzünü güldürən sənətkarı xoş günündə yad etmək üçün Oxu.Az-ın əməkdaşı A.Quliyevlə əlaqə saxlayıb.

Məşhur ad gününü ailəsi və nəvələri ilə keçirdiyini bildirib:

“70 illik yubileyimi Aktyor evində qeyd etməyi düşünürdük. Amma ölkəmizdə karantin rejimi tətbiq edildiyi üçün bunu edə bilmədik. Qismət…

Əsas odur ki, ailəm, doğmalarım və sevdiklərimlə bir yerdəyəm. Onların əhatəsində 70 yaşımı qeyd edirəm.

Bazar ertəsi SMS xidməti ləğv olunur, nəvələrimi götürüb gəzintiyə çıxacağam.

Özümə cansağlığı və yaradıcılıq uğurları arzu edirəm. İnsan üçün bu həyatda cansağlığından şirin heç nə yoxdur. Təki Allah sağlamlığımla bağlı məni sınağa çəkməsin”.

Xalq artisti səhhətində yaranan problemlərdən də söz açıb:

“Yuxuya getdiyim zaman nəfəs almağı unuduram. Kiminləsə söhbət edərkən, danışdığım yerdə nəfəs almaq yadımdan çıxır. Təzyiqim də var. Qalxmasın deyə, dərmanlar qəbul edirəm. Yalnız kimsə mənimlə danışanda səs eşidirəm. Bilmirəm, başıma nə iş gəlib. Müalicəmi davam etdirirəm”.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …