Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / 7 yaşlı Gülərin qeyri-adi bacarığı – Video

7 yaşlı Gülərin qeyri-adi bacarığı – Video

Qəbələdə 7 yaşlı Gülər Zakirova qeyri-adi bacarığı ilə yaşıdlarından fərqlənir.

Axar.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, o, qollarını və barmaqlarını asanlıqla müxtəlif istiqamətlərə qatlaya bilir.

Qəbələ rayonunun Zarağan kəndində 1 saylı tam orta məktəbin 2-ci sinfində oxuyan Gülər bəzən saatlarla bu cür hərəkətlər edir. Deyir ki, məqsədi rəqqas olmaqdır.

Onun bu cür hərəkətlər etməsi yaxınlarının da təəccübünə səbəb olur.Gülərin anası bildirib ki, onda bu istedad kiçik yaşlarından biruzə verib. Bəzən elə olur ki, o, gün ərzində saatlarla barmaqlarını və qolunu heç kimin bacarmadığı şəkildə müxtəlif istiqamətə döndərir.

Həkimlərin sözlərinə əsasən, bu hal insanlarda geniş yayılmasa da, tibbdə buna hipermobil sindromu deyilir. Uşaqların tez-tez belə hərəkətlər etməsi isə sonradan sağlamlığında problemlər yarada bilər və bu kimi uşaqlar belə vərdişdən uzaq dursalar yaxşıdır.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …