Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Cəmiyyət / 6 ayda Acarıstana 70 673 Azərbaycan vətəndaşı gedib

6 ayda Acarıstana 70 673 Azərbaycan vətəndaşı gedib

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 70 673 Azərbaycan vətəndaşı səfər edib.

Bu barədə MR-in Turizm və Kurortlar Departamentindən bildirilib.

Hesabat dövründə Azərbaycan Acarıstana səfər edən əcnəbilərin sayı baxımından ikinci olub.

Birinici yerdə Türkiyə (384 956 nəfər), üçüncü yerdə isə Rusiya (51 279 nəfər) qərarlaşıb.

Bu ilin ilk yarısında muxtar respublika, ümumilikdə, 660 970 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3,4% çoxdur.

Qeyd edək ki, ötən il Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 204 562 nəfər təşkil edib. Report

Həmçinin oxuyun

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür. Hüseynbala  Balaəli oğlu …