Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / 55 saylı məktəbə niyə kriminala meyilli şəxslər rəhbərlik edir? – FAKTLAR

55 saylı məktəbə niyə kriminala meyilli şəxslər rəhbərlik edir? – FAKTLAR

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən sayta bildirilib ki, V.Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V.Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

ulduzxan

Ulduzxan Abdullayev

Azinforum.az saytı olaraq bildiririk ki, bu, 55 saylı məktəbdə direktorla bağlı yaşanan ilk kriminal hadisə deyil. Oxucuların nəzərinə çatdırırıq ki, bir neçə il əvvəl,  həmin məktəbin direktoru işləmiş Ulduzxan Abdullayev də rüşvət ittihamı ilə həbs edilmişdi. Onun sonradan həbsdən necə azad olunmasına dair məlumata malik deyilik, ancaq bir onu bilirik ki,  Ulduzxan Abdullayev hazırda Xətai rayonunda yerləşən 58 saylı məktəbə rəhbərlik edir.

Vidadi ORDAHALLI,

Azinforum.az

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın