Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Cəmiyyət / 5 iyuna indidən hazırlaşın: Heç kəslə əlaqə yaratmayın, maşın sürməyin, küçəyə çıxmayın – ASTROLOQ

5 iyuna indidən hazırlaşın: Heç kəslə əlaqə yaratmayın, maşın sürməyin, küçəyə çıxmayın – ASTROLOQ

İyun ayının 5-də Bakı vaxtilə gecə saat 23:12 dəqiqədə 2020-ci ilin ikinci astronomik hadisəsi – yarıkölgəli Ay tutulması baş verəcək.

Oxatan bürcünün 15-ci dərəcəsində baş verəcək bu kosmik hadisə Avropa, Asya, Afrika, Avstraliya qitələrini bütünlüklə əhatə edəcək. Məlum olay hava açıq olduğu təqdirdə Azərbaycandan da qismən müşahidə olunacaq.

Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı?

Cebhe.info-ya açıqlamasında astroloq Səbuhi Rəhimli tutulma vaxtının astroloji mahiyyətini izah edib. S.Rəhimli deyib ki, Ay tutulması zamanı insanlarda idealist fikirlər, fəlsəfi hislərə meyillilik baş qaldırır:

“İnsanları ideoloji suallar narahat etməyə başlayır. Səyahətə, müxtəlif məcaralara can atırlar. İntuitsiya xeyli artır. İnsanlar asanlıqla dincələ bilərlər. Bu dövrdə mənəvi və intellektual fəaliyyətlə məşğul olmaq, təhsil almaq, hüquqi sənədlərin rəsmiləşdirilməsində və digər işlərdə fəallıq göstərmək çox uğurlu ola bilər. Eləcə də xarici ölkələrə kapital qoymaq, ümumiyyətlə var-dövlət toplamaq üçün çox səmərəli vaxtdır”.

Astroloq Ay tutulması zamanı insanları bəzi məsələlərə diqqət etməyə çağırıb:

“Ay tutulmasına tamaşa etməyin. Tutulma saatlarında qapalı yerlərdə olun. Bu, həm Günəş, həm də Ay tutulmasına aiddir. Uzaq səfərə və səyahətə çıxmayın. Tutulmadan 3 saat əvvəl və ya sonra qida qəbul edin. Tutulma zamanı sükan arxasında oturmaq da məsləhət deyil. Maliyyə əməliyyatlarından qaçın və kütlə ilə hər hansı bir əlaqə yaratmayın”.

Səbuhi Rəhimli sonda vurğulayıb ki, Ay tutulması zərərli vərdişlərdən uzaqlaşmaq üçün də ideal variantdır:

“Çünki həmin vaxtda orqanizm buna daha çox uyğun olur”.

Həmçinin oxuyun

Afaq Bəşirqızı: “Bütöv Azərbaycan üçün ayağa qalxaq” – VİDEO

“Elə bilməyin ki, biz burada sakitik və heç nədən xəbərimiz yoxdur. Hər şeyi izləyirik və …