Ana səhifə / Cəmiyyət /  5 erməni hərbiçisi öldürüldü -Müdafiə Nazirliyi

 5 erməni hərbiçisi öldürüldü -Müdafiə Nazirliyi

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Azinforum.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.

Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …

Bir cavab yazın