Cümə , Sentyabr 25 2020
Ana səhifə / Cəmiyyət / 4885 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb

4885 nəfərin ölkədən çıxışına qoyulan qadağa götürülüb

Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6.775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.

Bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib. 

Qeyd olunub ki, ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4.885 nəfərin məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb. 

Vətəndaşların rahatlığı üçün nazirlik tərəfindən yaradılmış belə məhdudlaşdırmanın olub-olmamasını dərhal öyrənməyə imkan verən elektron xidmətdən istifadənin sayı ilbəil artaraq 2018-ci ildə 1.4 milyona çatıb. 

Həmçinin oxuyun

Vurğun Əyyubsuz bir il…

Bu gün – sentyabrın 24-ü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) ilk …